Bakının Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib. 
 
RePost.Az xəbər verir ki, bu gün saat 11 radələrində paytaxt sakini 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əskər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar edib.
 
Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiq edib. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.
 
Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 2782 | Tarix: 17.05.2021
Bizi Telegramda izləyin: @repostaz