Azərbaycanın görkəmli rəssamı, müəllim və professor, SSRİ xalq rəssamı Tahir Salahov vəfat edib.
 
RePost.Az-ın məlumatına görə, bu xəbəri qızı təsdiqləyib. Tahir Salahov 92 yaşında Almaniyada dünyasını dəyişib. 
 
 Xalq rəssamının bacısı Zərifə Salahova deyib ki, Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var.
 
"Onun cənazəsi Almaniyadan Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.

Baxış sayı: 3105 | Tarix: 21.05.2021
Bizi Telegramda izləyin: @repostaz