Bakıda baş verən yol nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə hava limanı-Bilgəh yolunda baş verib.
 
Hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. 
 
Nəticədə “Mercedes Vito”da olan 8 nəfərdən 2-si vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hazırda yolda tıxac yaranıb.
 

Baxış sayı: 2934 | Tarix: 24.05.2021
Bizi Telegramda izləyin: @repostaz