Bakıda yol kəsən daha bir sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb.

RePost.Az Avtosfer.az-a istinadən xəbər verir ki, 99-UH-157 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü mayın 22-i paytaxtın Koroğlu Rəhimov küçəsində avtobus dayanacağında dayanaraq sərnişin düşürüb.

Lakin sərnişini düşürəndən sonra dayanmağına davam edərək arxadan gələn sürücülərin yolunu kəsib.

Videogörüntünü qeydə alan sürücünün işıq siqnalı ilə yolun boşaldılmasını tələb etməsindən əsəbiləşən “Toyota”nın sürücüsü avtomobildən düşərək mübahisə etməyə çalışıb.

Lakin sükan arxasında idmançının olduğunu gördükdən sonra mübahisə etməkdən çəkinib və daha sonra avtomobilə minərək ərazidən uzaqlaşıb.


Baxış sayı: 2782 | Tarix: 25.05.2021
Bizi Telegramda izləyin: @repostaz