Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, mərhum Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri İmanov Məmmədağa İqab oğlunun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Rayonun Dalğa kəndində şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin doğmaları ilə yanaşı rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
 
Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlayıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb.
 
Şəhid M.İmanov iki bacının tək qardaşı idi.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 3390 | Tarix: 01.06.2021
Bizi Telegramda izləyin: @repostaz