Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub
 
RePost.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.
 
Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3219 | Tarix: 13.06.2021
Bizi Telegramda izləyin: @repostaz