Sabirabadda məzun olan qız bıçaqlanıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.
 
Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
 
Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.
 


Baxış sayı: 2573 | Tarix: 21.06.2021
Bizi Telegramda izləyin: @repostaz