Bakıda "Azure" biznes mərkəzində intihar hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.
 
Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.
 
İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin adlı şəxsdir.
 
Araşdırma aparılır.

Baxış sayı: 3504 | Tarix: 22.06.2021
Bizi Telegramda izləyin: @repostaz