Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Baxış sayı: 3333 | Tarix: 22.06.2021
Bizi Telegramda izləyin: @repostaz