Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.
 
RePost.Az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.
 
Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.

Baxış sayı: 4511 | Tarix: 23.06.2021
Bizi Telegramda izləyin: @repostaz