Cütlük Ginnesin Rekordlar kitabına düşüb
 
Londonda dünyanın ən qeyri-adi toylarından biri baş tutub. RePost.az-ın "Mirror"a istinadla verdiyi məlumata görə, bu toy hətta Ginnesin Rekordlar kitabına da düşüb.
Belə ki, Braziliyadan olan iki gənc həm bir-birinə qovuşub, həm də məşhur olublar. Buna səbəb isə onların boyu olub. Belə ki, gənclər "dünyanın ən qısa boylu evli cütlüyü" adını qazanıblar. 
 
Lononda yaşayan Paulo Qabriel Da Silve Barros və Katyucal Hoşino Barros bir-birinə ilk baxışdan aşiq olublar. Xanım Barros həyat yoldaşından 1 sm daha uzundur. Evlilik qərarı verən gənclərdən Katyucialın boyu 1.31, Paulonunki isə 1.30 sm-dir. Ər-arvadın boylarının ümumi ölçüsü 2,61 sm-dir. 
 
Rekordlar kitabının nümayəndəsinin rekordu qeydə alması cütlüyün toy mərasimində olub. Nəticədə ortaya bir-birindən maraqlı görüntülər çıxıb. 
 
RePost.az
 

Baxış sayı: 3276 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz