Vətən Müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.
 
RePost.Az xəbər verir ki, bu barədə “lent.az”a mərhumun qohumları məlumat verib.
 
Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 3466 | Tarix: 06.07.2021
Bizi Telegramda izləyin: @repostaz