Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Baxış sayı: 4264 | Tarix: 09.07.2021
Bizi Telegramda izləyin: @repostaz