Türkiyədə məscidlərə azan verilməsi ilə bağlı xəbərdarlıq edilib.

RePost.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, Türkiyənin Dini İşlər Nazirliyi məscidlərdə yoxlamalar apararaq bəzi səs cihazlarında problemlər aşkar edib.

Yoxlamalardan sonra nazirlik azanın səs yüksəkliyinin 80 desibeldən çox olmaması barədə xəbərdarlıq edib.

Bundan başqa, yaxın məscidlərdə azanlar oxunan zaman səslərin qarışmaması üçün məhəllələrdə lokal mərkəzlərin yaradılması, azanı düzgün oxuyan imamların səs yazılarından ibarət azan portalının yaradılması da tövsiyə edilib.


Baxış sayı: 4017 | Tarix: 20.02.2017
Bizi Telegramda izləyin: @repostaz