UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Neftçi" ilə qarşılaşacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu Bakıya 22 futbolçu ilə gəlib.
 
RePost.Az "report"a istinadən xəbər verir ki, bunların üçü qapıçı, yeddisi müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudur.
 
Qapıçılar: Roin Kvasxvadze, Omar Migineişvili, Luka Kutalaze
 
Müdafiəçilər: Davit Kobouri, Nodar İaşvili, Levan Xarabadze, Saba Xvadagiani, Simon Benio, Fabian Sportsklede, Sandro Kalandadze
 
Yarımmüdafiəçilər: Georgi Papava, Georgi Kutsiya, Anzor Mekvabişvili, Nodar Kavtaradze, Tornike Morçiladze, Bakar Kardava, Barns Osey, Georgi Çxetiani, Milan Radin
 
Hücumçular: Georgi Qabedava, Zoran Maruşiç, Tornike Axvlediani
 
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.

Baxış sayı: 3333 | Tarix: 13.07.2021
Bizi Telegramda izləyin: @repostaz