Bu gün səhər saatlarında İqdır-Naxçıvan yolunda ağır yol qəzası baş verib.

RePost.Az xəbər verir ki, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub. Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfərinin, yaralılardan isə 26-sının Azərbaycan vətəndaşı olduğu bildirilir. Azərbaycan xarici işlər nazirliyindən bildirilib ki, hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. 

RePost.Az


Baxış sayı: 3409 | Tarix: 20.02.2017
Bizi Telegramda izləyin: @repostaz