Yağan qarı fürsət bilən 23 yaşlı Şamaxı sakini Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib.
 
Bir neçə saat içərisində qardan gəlin hazırlayıb. Gənc qar gəlinin geyimini, saç düzümünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət-ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.
 
Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən-balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüblər. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qardan gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.
 
RePost.Az
 

Baxış sayı: 14353 | Tarix: 20.02.2017
Bizi Telegramda izləyin: @repostaz