İqdır-Naxçıvan yolunda baş verən qəzada ölən azərbaycanlılardan bir neçəsinin adları məlum olub. 
 
RePost.Az-ın məlumatına görə, onlar Zivər Səfərova, Fərhad Fərhadlı və Süleyman Əliyevdir.
 
Qeyd edək ki, bu gün səhər satlarında İqdırın Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub. Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfərinin, yaralılardan isə 26-sının Azərbaycan vətəndaşı olduğu bildirilir. 
 
RePost.Az
 

Baxış sayı: 3200 | Tarix: 20.02.2017
Bizi Telegramda izləyin: @repostaz