Biləsuvar rayonunda yol qəzası olub.
 
RePost.Az-ın məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
 
İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini yolun kənarına aşırıb.
 
Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 4036 | Tarix: 01.08.2021
Bizi Telegramda izləyin: @repostaz