Bakıda dönərxanada partlayış olub.


RePost.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb.


Partlayış nəticəsində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Məlumata görə, partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan üçü qadın, ikisi kişidir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

 

 


Baxış sayı: 3865 | Tarix: 21.02.2017
Bizi Telegramda izləyin: @repostaz