Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncunun avqustun 7-də ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib.
 
Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baxış sayı: 2991 | Tarix: 08.08.2021
Bizi Telegramda izləyin: @repostaz