Masallıda 15 yaşlı məktəbli ölüb.

Apa-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.

 

Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq  ölüb. Kəndin icra nümayəndəsi Valeh  Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

 

İ. Əmənovun atası 6 ay öncə vəfat edib.


Baxış sayı: 2801 | Tarix: 22.02.2017
Bizi Telegramda izləyin: @repostaz