Bakı şəhəri Səbail rayonu ərazisində, Yeni Salyan yolu üzərində Azərişıqa məxsus yük maşını ilə Toyota Prius markalı avtomobil toqquşub.
 
RePost.Az-ın məlumatına görə, "Azərişıq" ASC-yə məxsus yük avtomobili minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük avtomobili aşıb.
 
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Hər iki avtomoibil yararsız vəziyyətə düşüb.
 
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya aparıb. 
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3846 | Tarix: 30.08.2021
Bizi Telegramda izləyin: @repostaz