Bakıda yol qəzası baş verib.
 
Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqaəti məhdudlaşdırılıb.
 
Gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
 
Yolun bağlanması ilə əlaqədarolaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Baxış sayı: 3390 | Tarix: 31.08.2021
Bizi Telegramda izləyin: @repostaz