DÇ-2022-nin seçmə mərhələsində 4-cü tura start verilib.
 
RePost.Az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.
 
A qrupunda yer alan Azərbaycan millisi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında Portuqaliya Kriştiano Ronaldonun qolları sayəsində İrlandiyanı eyni hesabla məğlub edib.
 
Türkiyə millisi isə G qrupunda Monteneqronunu qəbul edib. "Ay-ulduzlular" matçın 90+7-ci dəqiqəsində buraxılan qolla qələbəni əldən veriblər - 2:2.
 
1 sentyabr
DÇ-2022, seçmə mərhələ
4-cü tur
A qrupu
 
22:45. Lüksemburq - Azərbaycan - 2:1
Qollar: Mikael Pinto, 8. Jerson Rodrigeş, 28 (penalti) - Emin Mahmudov, 67
 
22:45. Portuqaliya - İrlandiya - 2:1
Qollar: Kriştianu Ronaldu, 89. 90+6 - Con Eqan, 45 
 
D qrupu
 
18:00. Qazaxıstan - Ukrayna - 2:2
Qollar: Ruslan Valiullin, 74. 90+6. - Roman Yaremçuk, 2. Danylo Sikan, 90+3
 
22:45. Fransa - Bosniya və Herseqovina - 1:1
Qollar: Antuan Qrizman, 40 - Edin Ceko, 36
 
F qrupu
 
22:45. Danimarka - Şotlandiya - 2:0
Qollar: Daniel Vass, 14. Yoakim Mehle, 15
 
22:45. Farer adaları - İsrail - 0:4
Qollar: Eran Zahavi, 12. 44. 90+2 Munas Dabbur, 52
 
22:45. Moldova - Avstriya - 0:2
Qollar: Kristof Baumgartner, 45+1. Marko Arnautovic, 90+4.
 
G qrupu
 
22:45. Latviya - Cəbəllütariq - 3:1
Qollar: Vladislavs Gutkovskis, 50. 85, Andrejs Ciganiks, 89 - Tjay De Barr, 71
 
22:45. Norveç - Niderland - 1:1
Qollar: Erlinq Holann, 20 - Davy Klaassen, 37
 
22:45. Türkiyə - Monteneqro - 2:2
Qollar: Cengiz Ünder, 9. Yusuf Yazıcı, 31. - Adam Marusic, 40. Risto Radunovic, 90+7
 
H qrupu
 
22:45. Rusiya - Xorvatiya - 0:0
 
22:45. Malta - Kipr - 3:0
Qollar: Cain Attard, 44. 54 Joseph Mbong, 46
 
22:45. Sloveniya - Slovakiya - 1:1
Qollar: Petar Stoyanoviç, 42 - Robert Bozenik, 32


Baxış sayı: 2991 | Tarix: 02.09.2021
Bizi Telegramda izləyin: @repostaz