“Ümumiyyətlə, görüş normal, məhsuldar, həmişə günəşli olmayan bir atmosferdə keçdi. Normal bir kişi söhbəti oldu”.
 
RePost.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşünü şərh edərkən deyib.
 
Ukrayna lideri açıqlamasında görüşün planlaşdırıldığı kimi bir saat deyil, iki saat davam etməsi tərəflərin dialoqda maraqlı olduğunu vurğulayıb: “Ünsiyyət zamanı mənfilik hiss etmədim. ABŞ-dan Ukraynaya, mənə, komandama heç bir mənfi təsir göstərilmədi”.
 
O, görüşdən xoş təəssüratla ayrıldığını bildirib.

Baxış sayı: 3808 | Tarix: 02.09.2021
Bizi Telegramda izləyin: @repostaz