Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.
 
RePost.Az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli 1/4 finalda Vadim Petruçiki (Belarus) daha sonra David Ovsepyanı (Ermənistan) məğlubiyyətə uğradıb.
 
98 kq-da yarışan Rəsul Aydəmirov ardıcıl olaraq Alımbek Adil Uuludan (Qırğızıstan) və Norik Xurşudyandan (Ermənistan) güclü olub.
 
Elvin Bağırov (64 kq) isə yarımfinalda Aram Ağacanyana (Ermənistan) qalib gəlib.
 
Beləliklə, Məmmədli, Aydəmirov və Bağırov finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.

Baxış sayı: 3371 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz