Telejurnalist səhhətində yaranan problemlərə görə keçən ay Türkiyəyə getmişdi
 
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar telejurnalist Mir Şahin Ağayev Bakıya qayıdıb. RePost.az-ın məlumatına görə,  jurnalist səhhətində yaranan problemlərlə bağlı  ötən ay Türkiyəyə getmişdi.
 
Qardaş ölkədə əməliyyat olunan jurnalist İstanbuldakı müalicə kursundan sonra bu gün Vətənə qayıdıb. 
 
Onun səhhətində problemlər bu ilin yayında, xüsusilə ANS televiziyasının iyul ayının 18-də bağlanmasından sonra kəskinləşmişdi. 
 
Xatırladaq ki, bəzi saytlar onun ölkəni tərk etdiyini iddia etmişdilər. 
 
RePost.az
 

Baxış sayı: 3846 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz