UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilmiş "Qarabağ" - "Bazel" (İsveçrə) matçından sonra maraqlı hadisə baş verib.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanov mətbuat konfransı zamanı masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkasının yer almasını istəməyib.
 
Rəqib baş məşqçi Patrik Rahmenin mətbuat konfransında isə pivə şüşələri masaya qaytarılıb.
 
Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Baxış sayı: 3162 | Tarix: 17.09.2021
Bizi Telegramda izləyin: @repostaz