Bir neçə gündür səhhəti ağır olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb.
 
RePost.Az xəbər verir ki, bu haqda sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O bildirib ki, ifaçı köçürüldüyü xəstəxanada ECMO cizahına qoşulub:
 
"Vəziyyəti ağır olaraq qalır. Dünən axşam Mərkəzi Gömrük Hospitalına köçürülüb. Hazırda reanimasiyadadır və ECMO cihazına qoşulub. Ağ ciyərində 70% "buzlaşma" aşkarlanıb. İnşallah, həkimlərdən xoş xəbərlər eşidərik".
 
Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün əvvəl COVID-19 infeskiyasına yoluxub. Vəziyyəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. 

Baxış sayı: 3827 | Tarix: 17.09.2021
Bizi Telegramda izləyin: @repostaz