Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərib.
 
BAKU.WS xəbər verir ki, nazirin imzaladığı müvafiq əmrə əsasən, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (Bandotdel) rəis müavini vəzifəsindən azad olunub.
 
F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
 
DİN-dən məlumatı təsdiq edilib.

Baxış sayı: 1604 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz