Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov qardaşı Maarif Mənsimov tərəfindən məhkəməyə verilib.
 
RePost.Az xəbər verir ki, Maarif Mənsimov qardaşının “qəsdən dələduzluq”, “etibardan sui-istifadə etmə” və prokurorluğun müəyyən edəcəyi digər cinayətlərə görə mühakimə olunmasını tələb edib. 
 
O, iş adamının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia edib.
 

Baxış sayı: 2060 | Tarix: 24.09.2021
Bizi Telegramda izləyin: @repostaz