Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilələr edilib.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib. Xalq artistinin Vikipediyasına onun “ölüm tarixi” əlavə edilib:
 
“Son günlər erməni, fars, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediyasına yanlış məlumatlar əlavə edirlər. Bu dezinformasiyalara inanmayın. Biz lazım olan düzəlişləri etdik. Səhifəmə "194.135.153.230" İP ünvanından müdaxilələr edilib”.
 
Xalq artisti şəxsi məlumatlarına qanunsuz müdaxilə edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Baxış sayı: 5518 | Tarix: 08.10.2021
Bizi Telegramda izləyin: @repostaz