İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri sabah Pakistana səfər edəcək.
 
RePost.Az-ın Tehran bürosunun məlumatına görə, səfər Pakistan Ordusunun komandanı, general Qamar Cavid Bacvanın rəsmi dəvəti ilə baş tutacaq.
 
M. Baqrininn Pakistanın baş naziri, Ordu Komandanı, Baş Qərargah rəisi və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.
 
Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Pakistanın cənubundakı Karaçi liman şəhərini və qonşu ölkənin bu bölgədəki bəzi hərbi və dəniz mərkəzlərini ziyarət edəcəklər.

Baxış sayı: 4739 | Tarix: 11.10.2021
Bizi Telegramda izləyin: @repostaz