Taarif Şurasının bugünkü qərarı ilə əhaliyə satılan qazın və elektrik enerjisinin qiyməti bahalaşıb. 
 
RePost.Az xəbər verir ki, yeni qərara əsasən, əhaliyə satılan 1200 kub metrədək qazın qiyməti 100 manatdan 120 manata,  200 kvt saatadək eletrik enerjisinin qiyməti 7 qəpikdən 8 qəpiyə, 200 kvt saatdan 300 kvt saatdək 7 qəpikdən 9 qəpiyə, 300 kvt saatdan çox elektrik enerjisi  11 qəpikdən 13 qəpiyə qaldırılıb.
 
Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur;
 
İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir; 
 
Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.
 
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər isə 10 qəpikdən 12 qəpiyə artırılıb. 
 
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. 
 
Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq. 

Baxış sayı: 3561 | Tarix: 16.10.2021
Bizi Telegramda izləyin: @repostaz