Rusiyanın ən məşhur müğənnilərindən biri, "Eurovision" qalibi Dima Bilan qondarma erməni soyqırımı haqda klip çəkdirir.

İstiPress.com xəbər verir ki, bu haqda müğənni özü Rusiya mediasına açıqlama verib:

"Bu hadisə mənə təkcə tarix kitablarından bəlli deyil. Mənim ana tərəfdən ulu nənəm - Şuşan Tiqranovla Kruni 13 yaşında olarkən ölümdən xilas olub. Onu Türkiyədən qaçan ruslar xilas edib. Təəssüf ki, ulu nənəm mən dünyaya gəlməzdən əvvəl vəfat edib. Amma anam mənə danışıb ki, nənəm son gününə kimi öz doğmalarını axtarıb",

D. Bilan əlavə edib ki, klip qondarma erməni soyqırımının 102-ci ildönümünə həsr olunur və 2017-ci ilin aprel ayında təqdim olunacaq. 

Klipin bəzi çəkilişləri Ağrı dağ vadisində, qalan hissələri isə xüsusi hazırlanmış pavilyonda lentə alınacaq.


Baxış sayı: 3352 | Tarix: 06.12.2016
Bizi Telegramda izləyin: @repostaz