Səhər saatlarında Salyanda yanğın faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə, rayonun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 


Baxış sayı: 2231 | Tarix: 26.02.2017
Bizi Telegramda izləyin: @repostaz