Amerika Birləşmiş Ştatlarının Baltimor şəhərində həkimlər donuzun ürəyini insana köçürüblər.
 
Bu, tibb tarixində ilk belə əməliyyatdır.
 
Əməliyyat Merilend Tibb Məktəbi Universitetində aparılıb və sözügedən xəstə - 57 yaşlı Deyvid Bennet artıq 3 gündür ki, donuz ürəyi ilə yaşayır.
 
Ekspertlər, buna baxmayaraq, əməliyyatın uğurlu olub-olmadığı haqqında nəsə deməyin hələlik tez olduğunu bildiriblər.
 
Sözügedən donuz geni dəyişdirilmiş heyvandır.
 
Doznunun geninin dəyişdirilməsi nəticəsində onun hüceyrisinin tərkibindəki şəkər aradan qaldırılıb.

Baxış sayı: 4378 | Tarix: 13.01.2022
Bizi Telegramda izləyin: @repostaz