Ötən gün Bakıda narkotik alverçisinin saxlanılması zamanı polis xidməti silahından istifadə etməyə məcbur olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə DİN-nin şöbə rəisi Elşad Hacıyev sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, məlumat daxil olur ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıyır. 
 
"Dünən Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb, qaçmağa cəh edib. Alınmayıb. Polis əməkdaşları xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə açdıqları atəş nəticəsində nəqliyyat vasitəsini saxlayıblar", - deyə Hacıyev əlavə edib.
 
Onun dediyinə görə, saxlanılan şəxs ifadəsində polisin ona atəş asçcağını gözləmədiyini bildirib. "Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm...", - deyə şübhəli şəxs vurğulayıb.
 
Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixoterap maddələr aşkarlanaraq götürülüb.

Baxış sayı: 3485 | Tarix: 21.01.2022
Bizi Telegramda izləyin: @repostaz