"AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun istefa ərizəsi qəbul olunmayıb".
 
Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.
 
O bildirib ki, K.Şükürovun fəaliyyətini davam etdirməsi tövsiyə olunub.
 
İ. Həbibbəyli K. Şükürovun iclasda iştirak etmədiyini də əlavə edib.
 
Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyev Akademiyanın ümumi iclasında Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühitinin institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsi olduğunu bildirib və müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyinin onu narahat etdiyini qeyd edib. Kərim Şükürov isə Ramiz Mehdiyə cavabında bildirib ki, yanvarın 21-də AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi barəsində dediyi qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, tutduğu vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa haqqında ərizə təqdim edəcək.

Baxış sayı: 3390 | Tarix: 21.01.2022
Bizi Telegramda izləyin: @repostaz