Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı davam edir.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, yanvarın 29-u keçirilən axtarışlar nəticəsində itkin düşən 4 hərbçidən 3-ü - kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baxış sayı: 3428 | Tarix: 31.01.2022
Bizi Telegramda izləyin: @repostaz