Gəncədə avtoxuliqanlıq edən qazi saxlanıldı.
 
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RePost.Az-a verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
 
Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o, inzibati məsuliyyətə cəlb olunub.
 
Bundan başqa Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Baxış sayı: 5347 | Tarix: 04.02.2022
Bizi Telegramda izləyin: @repostaz