İmişli rayon icra hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
 
İmişli rayon prokurorluğundan RePost.Az-a verilən xəbərə görə, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə “COVID-19” əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 

Baxış sayı: 5100 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz