Samuxda yerli sakini döyərək xəsarət yetirənlər müəyyən edilib və saxlanılıblar.
 
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.
 
Dərhal Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən ediblər.
 
Araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağı"nı qırdığına görə həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev döyərək müxtəlif bədən xəsarətləri yetirib.
 
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Baxış sayı: 4074 | Tarix: 19.02.2022
Bizi Telegramda izləyin: @repostaz