"Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb".
	 
	Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
	 
	“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib", - Belarus lideri qeyd edib.
	 
	O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.
	 
	Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.