Rusiya MN xəbər verir ki, silahlı qüvvələr Zaporojye Atom Elektrik Stansiyasını (AES) nəzarətə götürüb.
 
RePost.Az xəbər verir ki, bu, Çernobıldan sonra rus qoşunlarının ələ keçirdiyi 2-ci Ukrayna AES-dır.
 
Lakin Ukraynanın “Enerqoatom” şirkəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Zaporojye AES-nın ərazisinə nəzarət edilməsi ilə bağlı yaydığı məlumatı təkzib edir.
 
"ZAES Ukraynanın tam nəzarəti altındadır və stabil işləyir, ölkəni elektrik enerjisi ilə təmin edir", - Ukraynanın nüvə enerjisi istehsal edən şirkəti bildirir.

Baxış sayı: 5993 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz