Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə tamam məhv edilib. 
 
RePost.Az xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.
 
Onun sözlərinə görə,  hadisə zamanı 70 ukraynalı döyüşçü həlak olub.
 
Bununla yanaşı, Jivitski qarşı tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb.
 

Baxış sayı: 3789 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz