Füzuli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
DİN-dən RePost.Az-a verilən xəbərə görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ. Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
 
Nəticədə N. Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
 
Füzuli RPŞ-də araşdırma aparılır.
 
Qeyd edək ki, yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir. İlqar Hümbətov xəstəxanaya yerləşdirilib.

Baxış sayı: 4283 | Tarix: 14.03.2022
Bizi Telegramda izləyin: @repostaz