Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
 
Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 430 ədəd tankı, 1375 ədəd zirehli döyüş maşını, 190 ədəd artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 ədəd havadan müdafiə sistemi, 84 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 819 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlıq məhv edilib.
 
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13 800 nəfər canlı qüvvəsini itirdiyini bəyan edib.
 
Rusiya Silahlı Qüvvələri isə Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynanın daha 2 Su-25 təyyarəsi, 1 MiQ-29 təyyarəsi vurulub, 4 komanda məntəqəsi, 7 silah anbarı məhv edilib.
 
"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 111 hərbi təyyarəsi, 68 helikopteri, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tankı və digər zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya və minaatanı məhv edilib”, - deyə Konaşenkov açıqlama verib.

Baxış sayı: 3675 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz