Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Rusiya tərəfinin təxminən 14 min canlı qüvvəsini itirdiyi bəyan edilib.
 
Həmçinin, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşını, 201 ədəd artilleriya sistemi, 72 ədəd reaktiv yaylım atəş sistemi, 43 ədəd havadan müdafiə sistemi, 86 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu məhv edilib.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov isə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatını məhv edib.
 
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”.

Baxış sayı: 4321 | Tarix: 17.03.2022
Bizi Telegramda izləyin: @repostaz